Bazar ertəsi, 29 Aprel

10 il Əfqanıstanda yaşayan səfir: "11 sentyabr vəziyyətinə qayıda bilərik”

image

ABŞ-ın iki dönəm Əfqanıstanda səfiri vəzifəsini icra etmiş Huqo Lorens Prezident Baydenin bu ölkədən qəfil və sürətlə çəkilmə qərarını faciə adlandırıb. Sabiq prezidentlər Barak Obama və Donald Tramp dövründə iki dönəm Əfqanıstanda səfir vəzifəsini icra etmiş Lorens Kabildə yaşananları şərh edib.

Keçmiş diplomat deyib ki, bu gün danışmasının səbəbi Baydenin 14 apreldə ABŞ və NATO müttəfiqlərinin Əfqanıstandan sürətlə çıxmasına dair qərarıdır:

“Təsəvvür edin ki, ABŞ-ın yeni hökuməti iqtidara təzə gəlmişdi, heç bir planlama yox idi. Tramp dövründən yeni administrasiyaya bəzi miraslar qalmışdı . Tramp “Taliban”la 29 fevral 2020-ci ildə əldə etdiyi razılaşma əslində çox pis anlaşma idi. Çünki müttəfiqimiz olan əfqan hökuməti bu müzakirələrin kənarında saxlanmışdı. Nəticədə Əfqanıstandakı qarşıdurmanın həllinə dair həll yolu ABŞ-la deyil, Əfqanıstandakı tərəfdarlar arasında əldə olunmalı idi. 2020-ci ildə Trampın anlaşması ilə ABŞ qüvvələri 2021-ci ilin mayına qədər geri çəkilməsi reallığı Prezident Baydenə maneə oldu”.

Sabiq diplomat bildirib ki, nəticə olaraq anlaşmanın üç ünsürü-"Taliban"ın Əl-Qaida ilə iplərinin qoparması, zorakılığı azaldaraq atəşkəsə getməsi və əfqan hökuməti ilə yaxşı niyyətli müzakirələrə daxil olması kimi faktorların heç biri gerçəkləşməyib:

“Bu səbəblərdən Bayden hakimiyyətə gəldikdə bu razılaşmanın doğru istiqamətdə irəliləmədiyinin fərqinə vara, “Taliban”la Kabil hökuməti arasında müzakirələr başlayana qədər böyük masştablı geri çəkilməyə qarşı qərar ala bilərdi. Bu, Prezident Baydenə bağlıydı. Lakin güclü bir formada Əfqanıstandan çıxmağımızın vacibliyini düşündü və qərarını verdi. Bu qərar səhv idi və nəticədə qorxunc insan böhranı yaşanır.

Önümüzdəki aylarda milyonlarla əfqan qaçqın Türkiyə, Avropa, Pakistan və İrana gedə bilər. Asiya bölgəsində qarışıqlıqlara səbəb ola bilər. Vəziyyət bütün dünyada cihadçılara dəstək verəcək və əhvallarını yüksəldəcək. Terrorist qrupların Əfqanıstanda yenidən təşkilatlanma potensialı da yüksələcək. Bir daha 11 sentyabr vəziyyətinə qayıda bilərik. ABŞ və müttəfiqlərinin yerində olmaması çox təhlükəli vəziyyətdir”.

ABŞ-ın bundan sonra hansı addımlar atmalı olduğuna gəldikdə isə diplomat qeyd edib ki, bu fəlakətin xaricində ediləcək ən yaxşı iş əfqan xalqının acısını azaltmağa çalışmaqdır:

"Səfirliyimiz və hərbçilərimizə xidmət göstərən insanları Əfqanıstan çıxarmağımız vacibdir, çünki onlar təhlükədədir.

Digər məqam ABŞ-ın Türkiyə daxil olmaqla, digər müttəfiqləri ilə birlikdə işləyərək “Taliban” iqtidarının əfqan xalqının haqlarına hörmət göstərməsini təmin etməkdir. Bütün etnik qruplara, qadın haqlarına sayğılı olmasını təmin etmək kimi. Bu səbəbdən də “Taliban” liderləri ilə əlaqə qurmağımız lazımdır. ABŞ-ın bu mərhələdə ikitərəfli əlaqə quracağına inanmıram. Məncə, bu xəta olardır.

Bunu BMT, Rusiya, Çin, İran, Türkiyə daxil olmaqla müttəfiqlərimizlə birlikdə etməliyik. “Taliban” insan haqlarına hörmət etməyəcəyi təqdirdə beynəlxalq cəmiyyət tərəfindən atılmış bir dövlət olacağı siqnalını almalıdır. “Taliban"ın indiki hərbi komandirləri ilə 1996-cı ildəkilər arasında heç bir dəyişiklik yoxdur. Dolayısı ilə ön şərt kimi “Taliban” haqqında şübhəli olmaq məcburiyyətindəyik.

Nəhayətdə mövcud nə fürsət varsa, onu axtarmalı və mövcud gerçəkliklərlə hərəkət etmək lazımdır. Bu səbəbdən “Taliban"la əlaqə qurmalıyıq. Məncə, vasitəçimiz Zalmay Xəlilzadə çox pis razılaşmanı müzakirə edib ki, bu, anlaşmanın fəlakətli olduğu təsdiqini tapır. Məncə, indi “ziyana nəzarət” vəziyyətindəyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55